Əli İnsanov Əli Kərimlidən danışdı:   “Lənətləyirəm”

saytların hazırlanması

Evə çatdırılma

Əli İnsanov Əli Kərimlidən danışdı: “Lənətləyirəm”

Siyasət

01 Dekabr 2025 15:55 24272


“Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunaraq istintaqa cəlb olunması barədə sosial şəbəkələrdə müzakirələr aparılmaqdadır. Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur. Bu isə artıq dedi - qodu deyil”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov çıxış edib.

O, xatırladıb ki, illər öncə Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer almışdı: Marqarita pizza

“Xüsusilə son illər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək peşəkarlıqla aşkarladığı və bütün hallarda qabaqlayıcı tədbirlərlə Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində planlaşdırılmış ağır cinayətləri aşkar edərək ayrı-ayrı gizli təşkilatları ifşa etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir.

DTX - nın qabaqcadan inandırıcı dəlillərlə dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamları irəli sürərək Ramiz Mehdiyevi həbs etməsi təşkilatın bu qəbildən olan növbəti böyük uğurudur.

Odur ki, biz DTX - nın fəaliyyətini bəyənir və dəstəkləyirik.

Ramiz Mehdiyevin uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilmiş, gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərinə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləmiş, onlarla birlikdə dövlət çevrilişinə cəhd etmişdir.

Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX - nın istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmalarına şübhə yeri qoymur.

Göründüyü kimi bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyevlə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP - də daşımış olur.

Həndəsə elminin üç perpendikulyar teoremində deyildiyi kimi.

Ölkəmizi əsrlərlə işğal altında saxlamış, sərvətlərini sümürüb aparmış, zaman - zaman ölkəmizdə soyqırımlar törətmiş, faktiki olaraq tarixi düşmən bir dövlətin vassalına çevirmək planı və arzusu bu cütlüyün vətəndaş hüquqlarından məhrum ediləcəklərinə tam əsas verir.

Ramiz Mehdiyevi və onunla birlikdə olanları Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanət əməllərinə görə lənətləyirəm.

Bu gün bütün dünyanın gözü Azərbaycandadır.

Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı böyük təhlükəyə çevrilmiş təkcə xarici düşmənlərdən deyil, həm də artıq çox acı həqiqətə çevrilmiş daxili düşmənlərdən də uğurla qoruya bilməsi üçün heç vaxt olmadığı kimi xalqımızı Qalib Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dilman
    Salam Əli müəllim düz deyir dəstəkləyirəm ağıllı adamdır Möhtərəm qalib Ali baş komandanımızın arxasindayiq destekliyirik
    5 months ago
  • İnsan
    Elə adamdan müsahibə alardınız dövləti çapıb talamamış olsun.
    5 months ago
  • Naməddin
    Bir ayağın burdadır, bir ayağın gorda... Belə yalan danışmaqla utanmırsan, ölüb yerə girmirsən!?
    5 months ago
  • Bəyali
    Ən lənətiləsi varsa o da sənsən Hələ səhiyyə naziri işləyən dövrdə sizin necə biri olduğunuzu yaxşı xatırlayıram.
    5 months ago
  • Mən
    Haqq ədalətin nə olduğunu bilməyən,yaratdığı.partiyaya görün nə ad veriib.Buqələmun kimi hər gün cildini dəyişən,milyonları əlindən alınan,ifşa edilən,mətbuata qarşı kobudluq nümayiş etdirən Əli İnsanova ayıb olsun.
    5 months ago