Əli Nağıyev Prezidentin müraciətini oxudu

saytların hazırlanması

Evə çatdırılma

Əli Nağıyev Prezidentin müraciətini oxudu

Sosial

07 Oktyabr 2026 09:54 244


Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir.

"Yeni Sabah" xəbər verir ki, builki Konfransın əsas mövzusu itkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və həll yollarının inkişaf etdirilməsidir.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsi olacaq. pizza sifarişi

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.

Dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, ailələr və digər tərəflər bir daha Bakıda bir araya gələrək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə edəcəklər.

Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətin mətnini Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev oxuyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!