Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı

Sosial

01 İyul 2026 16:30 1073


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış jurnalist özü məlumat verib. O, çalışdığı qurumun rəhbər heyətinə və əməkdaşlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Elnur Hidayətoğlu 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Marqarita pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!