“Embawood”da istehlakçı hüququ pozuldu

saytların hazırlanması

Evə çatdırılma

“Embawood”da istehlakçı hüququ pozuldu

İqtisadiyyat

08 Oktyabr 2026 14:31 59


Müştəri sosial şəbəkə hesabında “Embawood” mebel mağazasından aldığı divanın cəmi 5 ay istifadədən sonra sıradan çıxdığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, dəfələrlə zəng etməsinə baxmayaraq, şirkət problemi həll etməkdən yayınaraq texniki xidmət göstərməyib.

Yalnız Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinə müraciət edildikdən və qurumun müdaxiləsindən sonra şirkət əməkdaşları mebeli təmirə aparıblar. pizza mizza

Lakin artıq 1 aydan çox vaxt keçməsinə baxmayaraq, divan sahibinə geri təhvil verilməyib və şirkətlə zəng vasitəsilə əlaqə saxlamq mümkün olmur. İstehlakçı “Embawood” rəhbərliyini məsuliyyətsizlikdə və keyfiyyətsiz xidmət göstərməkdə ittiham edir.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!