Yolda ölüm təhlükəsi: BDYPİ sürücülərə səsləndi!

saytların hazırlanması

Evə çatdırılma

Yolda ölüm təhlükəsi: BDYPİ sürücülərə səsləndi!

Sosial

25 Noyabr 2026 15:00 49


Yorğun və yuxusuz halda sükan arxasına əyləşən sürücülər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciətində bildirib.

İdarənin məlumatına görə, demək olar ki, hər gün qeydə alınan toqquşma, aşma və maneəyə çırpılma hadisələrinin təhlili göstərir ki, yorğun, yuxusuz, hətta ciddi səhhət problemləri olduğu halda avtomobil idarə edən şəxslərin sayı az deyil. İnternet mağaza

Qeyd olunub ki, iş və istirahət rejiminə əməl etməyən, uzun müddət fasiləsiz avtomobil idarə edən, xüsusilə də gecə saatlarında və məhdud görünmə şəraitində sükan arxasına keçən sürücülər potensial təhlükə mənbəyidir.

BDYPİ vurğulayıb ki, belə hallar daha çox sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur. Bu isə ağır, bəzən də geri dönüşü olmayan nəticələrə səbəb olur.

İdarə sürücülərə yorğun, yuxusuz və əzgin halda sükan arxasına əyləşməməyi, səhhətləri və əhval-ruhiyyələri imkan vermədikdə səfərə çıxmaqdan çəkinməyi tövsiyə edib.

Həmçinin uzaq məsafələr qət edərkən mütləq fasilə vermək, avtomobili təhlükəsiz yerdə saxlayaraq qısa müddət də olsa istirahət etmək tövsiyə olunub.

BDYPİ sürücülərə bir daha xatırladıb ki, sükan arxasında yuxulamaq həyat bahasına başa gələ bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!