İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında (penalti seriyaları istisna olmaqla) ardıcıl 20 oyundur məğlub olmayaraq turnir tarixinin üçüncü ən uzun məğlubiyyətsizlik seriyasına nail olub.
“Yeni Sabah” xəbər verir ki, London təmsilçisi 2025/2026 və 2026/2027-ci il mövsümlərini əhatə edən bu uğurlu mərhələdə keçirdiyi 20 qarşılaşmanın 14-də qələbə qazanıb, 6-da isə heç-heçə edib. Bu göstərici ilə "topçular" qitənin ən nüfuzlu klub turnirinin tarixi rekordçuları sırasında ilk üçlüyə daxil olublar.
Çempionlar Liqası tarixində ən uzun məğlubiyyətsizlik seriyası isə digər İngiltərə təmsilçilərinə məxsusdur. Siyahıya 2022/2023 – 2024/2025 mövsümlərində ardıcıl 26 oyunda uduzmayan "Mançester Siti" başçılıq edir. İkinci pillədə 2007/2008 – 2008/2009 mövsümlərində 25 matçlıq seriya yaxalayan "Mançester Yunayted" qərarlaşıb. Onlayn mağaza
Bu nəticə "Arsenal"ın son iki mövsümdə Avropa arenasında nümayiş etdirdiyi yüksək oyun sabitliyini bir daha təsdiqləyir.
Nazim Hacıyev
Telegram kanalımız