“Məndə ətrafa qarşı aqressiya yoxdur. Ancaq narazılıq var. Ətrafım məni narahat edir. Həm də çox. Yaradıcılıqda çox sayğısızlıq, hörmətsizlik görürəm. Mən heç kimə hörmətsizlik etmək istəmirəm, özümü saxlayıram. Artıq-əskik söhbətlərə yol vermirəm. Bəlkə də məndə gördüyünüz bunun əks-sədasıdır. Çünki yaşadıqlarımı içimdə gəzdirirəm”.
“Yeni Sabah” "525-ci qəzet"ə istinadla xəbər verir ki, bunu Əməkdar artist Abbas Qəhrəmanov bildirib.
O qeyd edib ki, hörmətsizliyi daha çox gənc nəsildən görür: Toyuqlu pizza
“Həm teatrda, həm də kinoda görürəm bunu. Mən də gənc olanda öncəki nəsildən təzyiq hiss edirdim, zərbələr də almışam, amma arada müəyyən sərhəd vardı. Əlbəttə, az sayda olsa da, yaxşı gənclər də var, ancaq əksəriyyəti “mənəm-mənəm” deyir, adamla yarışır. Öyrənmək lazımdır, yarışmaq yox. Əgər öyrənmək istəmirsənsə, çəkil qırağa. Bəlkə də məndə aqressiya yaradan məhz bunlardır.
Əməkdar artist bildirib ki, əsasən dostluqda xəyanət görüb:
“Ətrafımdakılar çətin situasiyalarında mənə xəyanət ediblər. Təbii ki, ailəm istisnadır. Məni də sakitləşdirən məhz budur. Ailəmdə hər şey qaydasındadır. Əsasən də dostluqda xəyanət görmüşəm. Mən dost tapa bilmədim. Bu da deyib-gülən Abbasın içində bir deformasiya yaradıb. Sanki məni qəbul etmək istəmirlər. Mən sənətimə hörmət qoyan adamam. Təbii ki, müəyyən uğurlarım da var, uğursuzluqlarım da. Buna rəğmən, istəyirlər ki, kölgədə qalım”.
Aydan Hacı
Telegram kanalımız