Emin Ağalarovdan Bayılda yaşayanlara MÜJDƏ

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarovdan Bayılda yaşayanlara MÜJDƏ

Sosial

22 Fevral 2026 10:33 6073


"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin yeri yaxın gələcəkdə dəyişdiriləcək. Bu, Xəzər dənizi sahilində, "Sea Breeze" kurortu çərçivəsində alov formasında, sahəsi 200 hektar olan süni adanın yaradılmasından sonra reallaşacaq. Layihə çərçivəsində "Formula 1" yarışının Bakının mərkəzindən həmin əraziyə köçürülməsi nəzərdə tutulur.

Bu barədə "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "RİA Novosti"-yə açıqlamasında məlumat verib. O, “Fire Island” adasında yeni “Formula1” trasının 2031-ci ildə istifadəyə verilə biləcəyini diqqətə çatdırıb.

Ağalarovun sözlərinə görə, layihənin ümumi dəyəri 15–16 milyard dollar təşkil edə bilər: pizza hut

"Adanın yaradılması təxminən 1 milyard dollara başa gələcək, onun üzərində daşınmaz əmlak tikintisi isə sıxlıq və kvadratmetrlərin sayından asılı olaraq əlavə 10–15 milyard dollar tələb edəcək".

Bakının hər il mərkəzində keçirilən bu yarışa görə əsas yollar bağlanırdı. Bu da vətəndaşların, xüsusən şəhərin cənub istiqamətində olanların gediş-gəlişini çətinləşdirirdi. Bəs adada trasın istifadəyə verilməsindən sonra vəziyyət dəyişəcəkmi?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Musavat.com-a açıqlamasında bildirib ki, 10 ildir ki, "Formula 1" treki keçirilir və bu da Bakıda müəyyən məhdudlaşdırmalara səbəb olur:

"Formula 1"in keçirilməsindən bir ay öncə və sonrakı tarixlərdə müəyyən qurğuların qurulması və onların demontaj olunmasına ehtiyac olur. Bu isə paytaxtda hərkətin sıxlığına səbəb olur. Əgər paytaxtdan kənarda, məsələn, "Sea Breeze" ərazisində təşkil edəcəklərsə, bu, müsbət təsir edəcək. Ən azından paytaxt daxilində bu məhdudlaşdırmalara ehtiyac qalmaz və şəhər öz həyatına davam edər. "Sea Breeze" lokal bir ərazidir, aeroporta birbaşa bağlantısı olan yolları var, həm də paytaxtın mərkəzi ilə avtobus və dəmir yolu üzərindən birbaşa əlaqəlidir. Kim getmək istəsə, adi qaydada iştirak edə bilər. Süni adalarda da maraqlı bir treyk olacaq.

Paytaxtın gələcəkdə çox mərkəzli olması lazımdır. Hər şeyi şəhərin mərkəzinə cəmləmək yox, eyni zamada kənarlarda da təşkil etmək olar. Bu, öz müsbət təsirini göstərəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elikovser
    Emin Müəllim SEABREEZE bizim 1hk yüz illik baba torpaqımizi əlimizdən alıb bir qəpik də ödemeyib xaiş edirik bize komek olun bu haqsızlığa yol verməyin kimler tərəfindən bizim pulumuz yeyilib bilmirik sizin adınızdan çox istifade edirler . Sizinle görüşmek istedik neçə il buna yol vermədilər siz ki temiz insansız bir kasıbin haqqını yeyenleri niye tapıb cezalandirmirsiz ? 42 çi dalanın sonunda bizim 1 Hk torpaqimiz var onun haqqını yeyiblər bizə verməyiblər bilin xaiş edirik bizi qəbul edin qəbulunuza gelmek istəyirik. Kurdaxanı M. Adil. 23 .
    3 months ago