Əminə müğənniləri hədəf aldı: “80 faizi normal danışa bilmir”

saytların hazırlanması

Evə çatdırılma

Əminə müğənniləri hədəf aldı: “80 faizi normal danışa bilmir”

Şou

15 Sentyabr 2026 11:13 97


Müğənni Əminə Şirin həmkarlarının efirdə fikirlərini ifadə etmə tərzindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə danışarkən efirə çıxan müğənnilərin böyük qisminin adi cümlələri belə düzgün qura bilmədiyini bildirib.

Əminə Şirin qeyd edib: Dominos pizza

“Efirdə olan müğənnilərin 80 faizi normal cümlə qura bilmir. Söhbət savadlı cümlə qurmaqdan getmir. Çünki hamımız qəzəlxan deyilik. Adi, bəsit cümlələri normal şəkildə qura bilmirlər.

Məsələn, təyyarəyə minəndə insan bədənində olan hemoqlobinin tərkibindəki dəmir stresdən və havasızlıqdan müəyyən dərəcədə aşağı düşür. Bir müddət sonra isə bərpa olur. Bədənimizdəki hüceyrələr biri-biri ilə daim təmasdadır.

Bunu da son günlər çox müzakirə etdilər. Bir xanım fikrini düzgün çatdıra bilmədi. Bu da çoxları üçün maraqlı mövzuya çevrildi”.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Şəbnəm Tovuzlu təyyarəyə minərkən insanın bədənində dəmirin aşağı düşdüyünü bildirmişdi. Onun bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!