Ən çox aldığımız məhsullarla bağlı XƏBƏRDARLIQ - Üstündə yazılanlara inanmayın

saytların hazırlanması

Evə çatdırılma

Ən çox aldığımız məhsullarla bağlı XƏBƏRDARLIQ - Üstündə yazılanlara inanmayın

Sosial

29 Sentyabr 2026 11:11 252


Market rəflərində “şəkərsiz”, “təbii” və “fit” yazılan məhsullar daha sağlam seçim kimi görünür. Alıcıların bir çoxu bu sözləri gördükdə məhsulun tərkibinə çox baxmadan onu səbətinə atır.

Bəs qablaşdırmanın üzərindəki bu ifadələr məhsulun həqiqətən faydalı olduğu anlamına gəlirmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a  qida məsələləri üzrə mütəxəssis, “JavarovAz YouTube kanalının müəllifi” Elşən Cəfərov danışıb. pizza hut

Ekspert bildirib ki, məhsulun üzərindəki cəlbedici ifadələr onun bütün qida xüsusiyyətləri barədə tam təsəvvür yaratmır:

“Market rəflərində məhsul seçərkən insanların böyük əksəriyyəti ilk növbədə qablaşdırmanın ön hissəsinə baxır. “Şəkərsiz”, “təbii”, “fit”, “protein mənbəyi”, “palm yağı yoxdur”, “100% təbii”, “əlavə şəkərsiz” kimi ifadələr məhsulu daha sağlam seçim kimi göstərə bilər. Lakin istehlakçı üçün əsas sual budur: qablaşdırmanın üzərində böyük hərflərlə yazılan bu ifadələr məhsul haqqında tam təsəvvür yaradırmı? Əslində məhsulu qiymətləndirmək üçün yalnız ön tərəfdəki yazılara baxmaq kifayət deyil. Ən vacib məlumat adətən qablaşdırmanın arxa hissəsində, tərkib siyahısında və qida dəyərləri cədvəlində yerləşir. Məhz buna görə məhsul alarkən etiket oxumağı bacarmaq müasir istehlakçı üçün vacib vərdişlərdən biridir.

Məhsulun tərkibini oxuyarkən ən vacib məqamlardan biri inqrediyentlərin hansı ardıcıllıqla göstərilməsidir. Bir çox məhsulda inqrediyentlər miqdarı çox olandan az olana doğru sıralanır. Buna görə tərkib siyahısının ilk 3 mövqeyinə xüsusi diqqət yetirmək faydalıdır. Məsələn, bir məhsulun üzərində “meyvəli”, “təbii” və ya “fit” yazılsa da, tərkib siyahısının ilk yerlərində şəkər və ya müxtəlif şərbətlər, daha sonra isə digər komponentlər göstərilirsə, istehlakçı bunu bilməlidir. Eyni prinsip müxtəlif məhsullara aiddir. Ona görə də mən istehlakçılara belə sadə bir qayda tövsiyə edərdim: Qablaşdırmanın ön hissəsi məhsulu sizə təqdim edir, arxa hissəsi isə onun haqqında daha ətraflı məlumat verir”.

Elşən Cəfərovun sözlərinə görə, “şəkərsiz” yazılan məhsulların tərkibində də müxtəlif şəkər mənbələri və şirin komponentlər ola bilər:

“Şəkərsiz” ifadəsi istehlakçıda məhsulun ümumiyyətlə şirin olmadığı və ya tərkibində heç bir şəkər mənbəyinin olmadığı təsəvvürü yarada bilər. Halbuki məsələ daha mürəkkəbdir. Məhsulun tərkibində adi şəkər olmaya bilər, amma şirin dad başqa komponentlər hesabına yaradıla bilər. Məsələn, məhsulun tərkibində fruktoza, qlükoza, qlükoza-fruktoza siropu, müxtəlif meyvə konsentratları, bal, bəkməz və patoka, qarğıdalı siropu, aqava siropu, ağcaqayın siropu, digər şərbətlər istifadə oluna bilər. Buna görə də tərkib siyahısında yalnız “şəkər” sözünü axtarmaq kifayət deyil. Məhsulun bütün tərkibinə baxmaq lazımdır. Burada başqa bir mühüm fərq də var: “əlavə şəkərsiz” ifadəsi məhsulda ümumiyyətlə şəkər yoxdur demək deyil. Məsələn, meyvənin, meyvə şirəsinin və ya digər xammalın özündə təbii şəkərlər ola bilər. Məhsula ayrıca şəkər əlavə edilməməsi həmin təbii şəkərlərin yox olması demək deyil. İstehlakçıların ən çox çaşdığı məqamlardan biri də budur. Bəzən insanlar tərkib siyahısında “şəkər” sözünü görmədikdə məhsulun şəkərsiz olduğunu düşünürlər. Halbuki tərkibdə müxtəlif şəkər növləri və şəkər tərkibli komponentlər ola bilər.

Etiket oxuyarkən aşağıdakı adlara diqqət etmək olar:

Şəkər və şəkər növləri:

- şəkər;

- saxaroza;

- qlükoza;

- fruktoza;

- maltoza;

- qəhvəyi şəkər;

- qamış şəkəri;

- kokos şəkəri.

Şərbətlər:

- qlükoza-fruktoza siropu;

- qarğıdalı siropu;

- aqava siropu;

- ağcaqayın siropu;

- topinambur siropu;

- digər müxtəlif şərbətlər.

Digər şirin komponentlər:

- bal;

- bəkməz;

- malt və səməni mənşəli komponentlər;

- konsentratlaşdırılmış meyvə şirələri.

O bildirib ki, hər şirinləşdirici maddəni şəkərlə eyniləşdirmək də düzgün deyil:

“Burada vacib bir məqamı da qeyd etmək lazımdır: bütün şirinləşdiricilər kimyəvi baxımdan şəkərlə eyni deyil. Məsələn, steviya və eritritol kimi bəzi şirinləşdiricilər şəkərdən fərqli xüsusiyyətlərə malikdir. Buna görə onları ayrıca qiymətləndirmək lazımdır. Hər insanın şəkərdən və ya şəkərli məhsullardan imtina etmək səbəbi eyni deyil. Kimsə sadəcə həyat tərzini dəyişmək, daha balanslı qidalanmaq və əlavə şəkər qəbulunu azaltmaq istəyir. Başqa bir insanın isə şəkər qəbulunu məhdudlaşdırmaq üçün tibbi səbəbi ola bilər. Məsələn, diabeti olan şəxslər qidalanmalarını həkim və ya dietoloqun tövsiyələrinə uyğun şəkildə planlaşdırmalıdırlar. Bəzi insanlar isə konkret olaraq rafinə şəkərin qəbulunu azaltmağa çalışırlar.

Burada “rafinə şəkər” anlayışını da düzgün başa düşmək vacibdir. Rafinasiya şəkərin xammaldan təmizlənməsi və sənaye üsulu ilə emal olunması prosesidir. Lakin “rafinə olunmuş” ifadəsini avtomatik olaraq “kimyəvi və zəhərli” kimi qəbul etmək düzgün deyil. İnsanın məqsədi nədirsə, məhsul seçimi də ona uyğun olmalıdır. Yəni sadəcə “şəkərsiz” sözünü görmək kifayət etmir. Nədən imtina etdiyimizi və bunun səbəbini bilməliyik”.

Ekspert deyib ki, məhsulun üzərində “fit” yazılması onun mütləq sağlam və az kalorili olduğu demək deyil:

“Fit” və ya “fitness” ifadəsi də istehlakçının diqqətini cəlb edən məşhur sözlərdəndir. Amma “fit” sözü məhsulun avtomatik olaraq sağlam, aşağı kalorili və ya balanslı olduğunu göstərmir. Belə məhsullarda da şəkər, yağ, duz və digər komponentlərin miqdarı əhəmiyyətli ola bilər. Ona görə “fit” yazısına yox, 100 qram və ya bir porsiya üçün qida dəyərlərinə baxmaq lazımdır. Eyni qayda “protein mənbəyi” yazılan məhsullara da aiddir. Əgər məhsulun üzərində “protein mənbəyi” yazılıbsa, onun həqiqətən nə qədər protein ehtiva etdiyinə baxmaq lazımdır. “Təbii” sözünə də diqqətlə yanaşmaq lazımdır “Təbii” sözü istehlakçıda müsbət assosiasiya yaradır. Amma məhsulun üzərində “təbii” yazılması onun bütün digər qida xüsusiyyətlərini izah etmir. Məhsulun tərkibində hansı komponentlərin olduğu, onların miqdarı və qida dəyəri daha əhəmiyyətli məlumatlardır. Eyni yanaşmanı “100% təbii”, “sağlam seçim” və digər oxşar ifadələrə də tətbiq etmək olar.

“Palm yağı yoxdur” ifadəsi də bəzi istehlakçılar üçün mühüm seçim meyarıdır. Lakin burada da yalnız bir komponentin olmamasına baxmaq kifayət deyil. Palm yağının əvəzinə məhsulda hansı yağlardan istifadə edildiyinə baxmaq lazımdır. Yəni bir komponentin olmaması avtomatik olaraq məhsulun bütövlükdə daha faydalı olması demək deyil.

“Konservantsız” ifadəsi də istehlakçı üçün cəlbedici görünə bilər. Lakin məhsulun uzun müddət saxlanması avtomatik olaraq onun tərkibində konservant olduğu və ya olmadığı barədə nəticə çıxarmağa imkan vermir. Burada da ən düzgün yol tərkib siyahısını və məhsulun saxlanma şərtlərini nəzərdən keçirməkdir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!