Ərdoğan koronavirusa qarşı peyvənd olundu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan koronavirusa qarşı peyvənd olundu

Siyasət

14 Yanvar 2021 19:42 1076


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd olunub.  

Yenisabah.az xəbər verir ki, peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq.

Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. 

Türkiyə Prezidentinə Çin istehsalı olan "Sinovac" peyvəndindən vurulub. 

Qeyd edək ki, Azərbaycanda da həmin peyvənddən istifadə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!