Səhiyyə Nazirliyi: Azərbaycanda orta ömür uzunluğunun müddəti 77 ili ötüb

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyi: Azərbaycanda orta ömür uzunluğunun müddəti 77 ili ötüb

Sosial

10 Oktyabr 2026 10:06 97


Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı artır.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, son illərin tibbi-bioloji mənzərəsinə nəzər saldıqda, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görmək mümkündür: pizza

“Bununla yanaşı, digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, dünyada orta ömür uzunluğu son illərdə 73 ili ötüb. Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!