Oktyabrın 9-u axşam saatlarında Masazır qəsəbəsində 4 avtomobil yanıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə "Yeni Bakı" yaşayış kompleksinin həyətində baş verib.
Həyətdə park edilən avtomobillərdən birinin alovlanması nəticəsində digər maşınlara da yanğın keçib. Nəticədə, 3 avtomobil tamamilə yanıb, biri isə qismən yanaraq yararsız hala düşüb. Pepperoni pizza
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Telegram kanalımız