Ərdoğan: “Müdafiə sənayesi büdcəsini 75 milyarda çatdırırıq”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: “Müdafiə sənayesi büdcəsini 75 milyarda çatdırırıq”

Dünya

10 Aprel 2023 17:55 693


Türkiyə hökumət ölkənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsini 75 milyard dollara çatdırmaq niyyətindədir.

Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan danışıb.

O bildirib: "Müdafiə sənayesində layihələrin sayı 62-dən 750-yə, şirkətlərin sayı 56-dan 2700-ə yüksəlib. 2002-ci ildə biz hakimiyyətə gələndə 5,5 milyard dollar dəyərində müdafiə layihələri həyata keçirilirdi. Bu gün  rəqəmi 60 milyard dolları keçib, tender mərhələsində olan layihələri nəzərə alaraq, müdafiə sənayesi büdcəsini 75 milyard dollara çatdırırıq”. Marqarita pizza

Ərdoğanın fikrincə, maliyyələşmənin artırılması bütün sahələrdə yeni irəliləyişlərə” gətirib çıxaracaq:

“Müdafiə sektorunda xaricdən asılılığın nəzərəçarpacaq dərəcədə azalmasına nail olmuşuq. İndi yerli və milli inkişafların və iştirakın payı 80%-ə çatıb. Təkcə avadanlıq tikmirik, həm də döyüş sursatı istehsal edirik. Məhsullarımıza ölkə daxilində və xaricdə tələbat var”.

O, həmçinin əlavə edib ki, yerli müdafiə sənayesinin inkişafı sayəsində Türkiyə gələcək mümkün döyüş şəraitinə hazırlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!