16 Avqust - 05:40
Ərdoğan Qarabağdakı gərginlikdən danışdı

Ərdoğan Qarabağdakı gərginlikdən danışdı

Siyasət

06 Avqust 2022 14:58 835


“İki gün əvvəl İlham qardaşımla bu haqda ətraflı danışdıq. Əvvəlcə azərbaycanlı qardaşımızın şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb.

Qarabağdakı gərginliyi, Azərbaycan əsgərinin şəhid olması, ölkəmizin Londondakı səfirliyinə hücum barədə suallara cavabında Ərdoğan bu məsələləri Prezident İlham Əliyevlə müzakirə etdiklərini deyib.

“Üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir. Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbulolunmaz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı şəkildə araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar”, - deyə Ərdoğan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!