Mayın 24-də Bakıda Milli Gimnastika Arenasında start götürən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının iştirakçıları arasında Rusiyanı təmsil edən erməni əsilli Qarsevan Canasyan və Duxik Canasyan da var.
"Yeni Sabah" xəbər verir ki, bacı-qardaş olan gimnastlar Bakıda jurnalistlərə açıqlamalarında ölkəmizdə heç bir təzyiqlə üzləşmədiklərini bildiriblər.
Bakıda tam təhlükəsiz olduqlarını vurğulayan Qarsevan Canasyan deyib: “Hər şey çox yaxşıdır, təhlükəsizdir. Burada hər şey bizi qane edir və heç bir təzyiq yoxdur. Bakı çox gözəl şəhərdir, insanlar çox ünsiyyətcil və həyatsevərdirlər”.
Duxik Canasyan isə çempionatın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Həm yarış üçün yaradılan şərait, həm də təhlükəsizlik baxımından təşkilatçılıq əladır. İdman və məşq zalları mükəmməldir. Burada əsl idman əhval ruhiyyəsi var. Yerli əhali çox mehribandır, müraciət edəndə hamı kömək etməyə çalışır”.
Telegram kanalımız