Ermənistanın Geğarkunik vilayətinin (Göyçə) Kut kəndində (Zərkənd) qəza baş verib. Ermənistan Müdafiə Nazirliyinə məxsus “Kamaz” markalı avtomobil qəza törədib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, həlak olan müqaviləli əsgər Artaşatdan (Gərnibasar) olub. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
“Noyabrın 16-da saat 09:50 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus “Kamaz” markalı avtomobilin aşması nəticəsində hərbi qulluqçu Qriqor Artur Qriqoryan (2000-ci il təvəllüdlü) həlak olub. Fiziki xəsarət almış 7 hərbçi qarnizon hospitalına yerləşdirilib, müayinədən keçirilib və onlara lazımi tibbi yardım göstərilir. Hərbçilərin həyatı təhlükədə deyil. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”, – Nazirlikdən qeyd olunub.
Telegram kanalımız