Erməni özlərinin basdırdığı minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Erməni özlərinin basdırdığı minaya düşdü

Maraqlı

04 Oktyabr 2022 14:27 984


Ermənistanın Geqarkunik rayonunda 31 yaşlı Suren L. həmyerlilərinin basdırdığı minaya düşərək xəsarət alıb. 

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 2-də saat 20:00 radələrində Çəmbərək xəstəxanasından rayon polis şöbəsinə sağ ayağından yaralanan xəstə ilə bağlı məlumat daxil olub.

Polis hadisənin saat 18:00 radələrində baş verdiyini müəyyən edib. Məlum olub ki, yaralı şəxs minanın partlaması nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı cinayət işi başladılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!