UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Ararat-Armeniya" - "Şemrok Rovers" (İrlandiya) matçında (2:0) erməni azarkeşlər təxribata əl atıblar.
"Yeni Sabah" xəbər verir ki, ev sahibi komandanın tribunalarında Qarabağ ermənilərinin əski parçası dalğalandırılıb.
Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mövqeyini öyrəndik. Sezar pizza
Qurumun mətbuat xidmətinin rəhbəri Murad Axundov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar:
"Bununla bağlı müvafiq şikayət UEFA-ya göndərilib".
Telegram kanalımız