“Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır” - Paşinyan

Siyasət

25 Avqust 2026 19:19 68


Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, keçmiş prezident Robert Koçaryan və "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın təmsil etdiyi yerli müxalifət KTMT sülhməramlılarının ölkəyə gətirilməsini istəyir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "İnterfaks" nəşri məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı parlamentdə "Ermənistan" və "Güclü Ermənistan" müxalifət fraksiyalarına xitab edən hökumət başçısı deyib: Dördpendirli pizza

"Sizin məqsədiniz KTMT sülhməramlılarının Ermənistana daxil olmasını təmin etməkdir. Heç bir KTMT sülhməramlısı olmayacaq, ümumiyyətlə, ölkədə heç bir xarici sülhməramlı qüvvə yerləşdirilməyəcək".

"Onlar olmayacaq, çünki artıq sülh təmin edilib, çünki Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", - deyə hökumət rəhbəri əlavə edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!