“Ermənistanın atəşkəsi hər dəfə pozduğunu hər kəs görür, amma bunu söyləmək istəmirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın atəşkəsi hər dəfə pozduğunu hər kəs görür, amma bunu söyləmək istəmirlər”

Siyasət

01 Noyabr 2020 14:52 1153


“Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq”.

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşündə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”, - deyə M.Çavuşoğlu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!