Bir müddət əvvəl insult keçirən tanınmış vəkil Əsabəli Mustafayevin nitq qabiliyyətini itirib.
Bu barədə “Yeni Sabah”a onun xanımı Zenfira Mustafayeva məlumat verib.
O bildirib ki, vəkil evdə müalicəsinə davam edir, lakin vəziyyətində irəliləyiş yoxdur: Pepperoni pizza
“Əsabəli bəy 3 dəfə insult keçirib, hətta bu gün səhər saat 4-də vəziyyəti ağırlaşdı, təcili yardım çağırdıq. Həm də onda aritmiya var, insult nitqinə belə zərər vurub. Buna görə də nitq qabiliyyəti itib, çətinliklə danışır, sözləri tam ifadə edə bilir. Çoxdandır işləmir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız