Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatdı

saytların hazırlanması

Evə çatdırılma

Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatdı

Dünya

05 İyul 2026 14:31 93


Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir.

"Yeni Sabah" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.

Mixala dəstəyin əvvəlki minimumu mayda qeydə alınmışdı – 6%, lakin artıq növbəti ay onun reytinqi enişini davam etdirib. "Estoniya 200" Partiyasının lideri Kristina Kallas da eyni dərəcədə (4%) dəstək qazanıb. Marqarita pizza

Sorğu həmçinin göstərib ki, Mixalın reytinqinin düşməsi İslahat Partiyasına orta hesabla 12 % olan aşağı dəstək səviyyəsi ilə bağlıdır.

Siyasi liderlərin reytinqində birinci yeri 20 % dəstəklə müxalifətçi "İsamaa" Partiyasının rəhbəri Urmas Reynsalu tutur. Daha sonra 16 %-lə Mərkəz Partiyasının lideri Mixail Kelvart gəlir, halbuki bir ay əvvəl onların göstəriciləri eyni idi.

May ayındakı sorğular göstərmişdi ki, hazırkı prezident Alar Karis Estoniya sakinləri arasında əvvəlki dövlət başçısı Kersti Kalyulayda nisbətən qat-qat böyük dəstəyə malikdir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!