Etibar Əliyev Qənirə Paşayevanı belə xatırladı

saytların hazırlanması

Evə çatdırılma

Etibar Əliyev Qənirə Paşayevanı belə xatırladı

Sosial

28 Sentyabr 2026 12:26 69


Eks-deputat Etibar Əliyev mərhum deputat Qənirə Paşayevanın vəfatının üçüncü ildönümü ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, sosial media hesabında Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüb.

E. Əliyev Qənirə Paşayevanın Nobel mükafatı laureatlarına xüsusi maraq göstərdiyini qeyd edib. Etibar Əliyev bildirib ki, ona “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabını hədiyyə etdikdən sonra Qənirə Paşayeva kitabdakı qadın laureatlarla maraqlanıb və qısa müddətdə Nobel mükafatına layiq görülmüş 36 qadının həyat yolu, elmi fəaliyyəti və yaradıcılığından bəhs edən kitab yazıb. Dördpendirli pizza

Eks-deputat Qənirə Paşayevanı biliyə və öyrənməyə can atan, tükənməz enerjiyə malik xanım kimi xatırlayıb:

“Bizim Qənirə xanım ölməzlər sırasındadır. Xəstəxanaya düşəndə ona olan xalq sevgisini gördük. Sanki bütün ölkə onun səhhəti ilə maraqlanırdı. Təəssüflər olsun ki, Qənirə xanımı həyata qaytarmaq mümkün olmadı.

Ürəyi dayananda da zamandan geri qalmadı, gələcəyə uçdu”.

Etibar Əliyev paylaşımının sonunda Əli Kərimin “Vəsiyyət” şeirindən parçalar yazaraq Qənirə Paşayevanı yad edib və “Allah rəhmət eləsin” sözlərini əlavə edib:

“Tabutuma bir az kağız qoyun

Bir dənə də qələm.

Hayıf, bu yaşda heç nə,

Heç nə deməmişəm.

Dostlar bir şeir desinlər,

İşdi, imkan olsa, bir dənə də

Mahnı çaldırsınlar;

Şeirlə mahnının möcüzəsiylə

Ayılmağa çox dəli bir ümidim var!..

Bu sözlərdən sonra əldə qələm də titrəyir...

Allah rəhmət eləsin...”

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!