Evdə dərs keçmək üçün qaydalar açıqlandı:   8 nəfər, 2 saat...

saytların hazırlanması

Evə çatdırılma

Evdə dərs keçmək üçün qaydalar açıqlandı: 8 nəfər, 2 saat...

Sosial

18 Sentyabr 2026 16:24 292


“Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”nda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılıb.

Bu barədə "Yeni Sabah"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışını genişləndirməkdir. pizza

Tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, eləcə də erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər müraciət edə bilərlər. Şəxsi mənzilində və ya digər uyğun məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər də qeydiyyatdan keçə bilər.

Namizədlərdən minimum tam orta təhsil, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Onlar xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, təqdim edilən məkan isə təhlükəsizlik və sanitariya-gigiyena normalarına cavab verməlidir.

Qruplarda 4-8 uşaq olacaq. Təlimlər həftədə 4 gün, gündəlik 2-2,5 saat müddətində keçiriləcək. Tədris prosesi oyun əsaslı və məktəbəhazırlıq yönümlü təşkil olunacaq.

Qrupların fəaliyyəti mentor və metodistlər tərəfindən mütəmadi dəstəklənəcək və monitorinq ediləcək.

Qeyd edək ki, müraciət üçün son tarix 23 sentyabr 2026-cı il müəyyənləşdirilib. Müraciətlər qiymətləndirildikdən sonra növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!