Xalq artisti Hacı İsmayılov sərt açıqlamaları ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, aktyor qonaq olduğu “Otaq 9” layihəsində televiziyalarla bağlı iradlarını səsləndirib:
“Televiziya rəhbəri olsaydım, qoymazdım ki, efirə səviyyəsiz adamlar çıxsın. Əxlaqı olmayan adamın çıxıb orada əxlaq dərsi deməyi gülməlidir. Televiziyaya çıxan nə dediyini bilməlidir ki, ona tamaşaçılar baxır. Ağzına gələni deyə bilməzsən, bu, ayıb, mənəviyyatsızlıq, məsuliyyətsizlikdir. Hər halda çox çətin zamandır. Dövr çox dəyişib. Qlobal hadisələr o qədər güclü cərəyan edir ki, kimin haqlı, kimin haqsız olduğunu anlamaq çətindir”. Toyuqlu pizza
Telegram kanalımız