Əziz Yıldırım istefanı qəbul etmədi

saytların hazırlanması

Evə çatdırılma

Əziz Yıldırım istefanı qəbul etmədi

İdman

11 Sentyabr 2026 12:54 97


"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım komandanın baş məşqçisi İsmail Kartalla bağlı sərt və iddialı açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, jurnalistlərə və idman şərhçilərinə xəbərdarlıq edən klub rəhbəri Kartalın vəzifəsində qalacağını qətiyyətlə bildirib:

"Mən vəzifədə olduğum müddətdə İsmail Kartal buradan ayrıla bilməz. Hamınız bunu bilin və şərhlərinizi buna uyğun edin! Onun 'davam edəcəyəm' deməsinə ehtiyac yoxdur. Mən onun böyüyüyəm, 'davam edəcəksən' dedim və məsələ bitdi. Biz bir ailəyik". pizza

Məşqçiyə qarşı təzyiqlərdən söz açan Ə.Yıldırım onun matç zamanı fiziki və psixoloji gərginliklə üzləşdiyini diqqətə çatdırıb:

"İsmail Kartalla danışdım. Hesab 1:1 olarkən başına şüşə atıldığını, böyük təzyiq altında olduğunu və dərman qəbul etdiyini deyir. Mən də gündə 30 ədəd dərman qəbul edirəm. İsmail Kartal bizim övladımızdır".

Sonda 18 ildən sonra Çempionlar Liqasına vəsiqə qazandıran məşqçi heyətinin tənqid olunmasına etiraz edən prezident "Fənərbaxça" azarkeşi olduğunu iddia edən bəzi şərhçiləri kluba xəyanət etməkdə günahlandırıb.

 

 

 Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!