Qarabağ Dirçəliş Fondu (QDF) ilə “Turan Tovuz” futbol klubu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Yeni Sabah" xəbər verir ki, memorandumu fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıblar.
Sənədə əsasən, oktyabrın 3-də Bakıda “Turan Tovuz” ilə Türkiyənin “Fənərbaxça” klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. pizza sifarişi
Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Xatırlatma: “Turan Tovuz” və “Fənərbaxça” klubları daha əvvəl də qarşılaşıb. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəlib. Komandalar həmin il avqustun 9-da İstanbulda “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qarşılaşıb.
“Turan Tovuz” və “Fənərbaxça” 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən üz-üzə gələcək.
Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Telegram kanalımız