Ferquson: “Kerrikə güvənirəm”

saytların hazırlanması

Evə çatdırılma

Ferquson: “Kerrikə güvənirəm”

İdman

09 İyul 2026 16:28 74


“Mançester Yunayted” klubunun sabiq məşqçisi Aleks Ferquson hazırda komandanın sükanı arxasında olan Maykl Kerriki tərifləyib.

“Yeni Sabah” xəbər verir ki, şotlandiyalı sabiq mütəxəssis Kerrikin yaxın illərdə prestijli titullar qazancağına inandığını bildirib:

“Onda özümü görürəm. Çox çalışqan və inamlı menecerdir. Əsl komanda ruhu yaradıb. Mən ona futbolçu olduğu zamanlar da çox güvənirdim. Necə deyərlər, Bekhem, Ronaldo, Kantona, Skolz, Qiqs və Kerrik. Onlar hamısı mənim övladlarımdır. Hər birinin uğuruna bir ata kimi sevinirəm. Əminəm ki, Kerrikin rəhbərliyi altında komanda ciddi uğurlar qazanacaq. O, kluba yaxından bələddir. Sadəcə azarkeşlər biraz səbrli olmalıdır”. pizza sifarişi

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!