Fəxrəddin Manafov mükafata layiq görülüb

saytların hazırlanması

Evə çatdırılma

Fəxrəddin Manafov mükafata layiq görülüb

Şou

04 Fevral 2025 14:16 261


Xalq artisti Fəxrəddin Manafov Türkiyədə mükafata layiq görülüb.

Yenisabah.az xəbər verir ki, aktyor İstanbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Beynəlxalq teatr” mükafatı ilə bağlı təqdimetmə mərasiminə qatılıb. 

F.Manafov “Türk dünyasının ən yaxşı teatr aktyoru” nominasiyası üzrə mükafata layiq görülüb. pizza sifarişi

 Türkiyənin “Tiyatro” qəzeti tərəfindən təsis edilən X Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi İstanbulun Mask-Kara Teatrının “Tamer Levent” səhnəsində keçirilib.

Qeyd edək ki, mükafatlar Beynəlxalq Anadolu Teatr Mükafatları jürisi tərəfindən ölkədaxili və xarici teatr fəaliyyətlərinin dəyərləndirməsi əsasında, 2024-2025-ci teatr mövsümündə incəsənətin bu növünə töhfə verən şəxslər, qurumlara və təşkilatlara verilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!