Fəzail İbrahimli seçkiyə qatılmır?

saytların hazırlanması

Evə çatdırılma

Fəzail İbrahimli seçkiyə qatılmır?

Siyasət

10 İyul 2024 12:18 933


2024-cü il sentyabr ayının 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Altıncı çağırış Milli Məclisdə təmsil olunmuş deputatlar arasında da yenidən namizədlik haqqında düşününlər az deyil. 

Altıncı çağırış Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin seçkilərə yenidən qatılıb-qatılmayacağı dəqiqləşməyib: Dominos pizza

Bunu Modern.az-a açıqlamasında onun özü bildirib.

"Vətəndaş Həmrəyliyi Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib. Hər bir üzvümüzün partiyadan səlahiyyət alaraq, seçkidə iştirak etmək haqqı var. Hər bir şəxs namizədliyini irəli sürə bilər. Hansı dairədən şəxsin namizəd olacağı da müzakirə obyektidir. Müzakirələrdən sonra nəticələr elan olunacaq. Vətəndaş Həmrəyliyi Partiyası üzvlərinin hansı dairədən namizəd olacağı üzərində çalışır. Partiyanın neçə nəfər namizədlə hansı seçki dairələrində mübarizə aparacağı bu çalışmaların nəticəsində müəyyən olacaq. Mənim namizədliyim məsələsi də həmçinin".

Fəzail İbrahimli ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024) Məclisin üzvü olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!