FIFA prezidenti Bakıdan paylaşım etdi: Təşəkkür

saytların hazırlanması

Evə çatdırılma

FIFA prezidenti Bakıdan paylaşım etdi: Təşəkkür

İdman

29 Sentyabr 2026 17:16 114


FIFA prezidenti Canni İnfantino Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

"Yeni Sabah" xəbər verir ki, 56 yaşlı funksioner bu barədə instaqram hesabında paylaşım edib.

“Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən şərəf hissi duydum. FIFA-ya verdiyi dəstəyə, tarixdə ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına ev sahibliyinə görə cənab Prezidentə təşəkkür etdim. Pepperoni pizza

Azərbaycan Prezidenti gənclərə imkan yaratmaq və icmaları birləşdirmək baxımından futbolun rolunu gözəl başa düşür. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə futbolun inkişafı layihələrimizi davam etdirərkən Prezident İlham Əliyevin dəstəyini hiss etməkdən məmnunluq duyuram”, - deyə paylaşımda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!