“FLYONE” Kişineu istiqamətində müntəzəm uçuşlara başlayıb

saytların hazırlanması

Evə çatdırılma

“FLYONE” Kişineu istiqamətində müntəzəm uçuşlara başlayıb

İqtisadiyyat

16 İyul 2026 14:03 66


Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb. Yeni marşrut üzrə 16 iyul 2026-cı il tarixində həyata keçirilən ilk reys Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.

Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.

“FLYONE” aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək. pizza mizza

Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı “FLYONE” aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!