“Formula 1”-ə görə Bakıda bu yollar bağlanacaq

saytların hazırlanması

Evə çatdırılma

“Formula 1”-ə görə Bakıda bu yollar bağlanacaq

Sosial

22 Aprel 2023 09:17 1379


Bakıda daha bir neçə yol "Formua 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq. 

Bu barədə Yenisabah.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq. Pepperoni pizza

Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!