“Formula 1”in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti tam bərpa olundu

saytların hazırlanması

Evə çatdırılma

“Formula 1”in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti tam bərpa olundu

Sosial

27 Sentyabr 2026 14:42 105


"Formula 1" Azərbaycan Qran-prisinin keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, əsas yarış başa çatdıqdan dərhal sonra şəhərdə halqa infrastrukturu və "Azneft" dairəsindəki tribunalarda söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. pizza hut

"Yarışın keçdiyi bəzi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün 00:00-dan başa çatıb.

Saat 12:30-dan etibarən, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!