Sabah fövqəladə hadisələrlə bağlı metroda təlim keçiriləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN ilə “Bakı Metropoliteni” QSC metronun “Qara Qarayev” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 31 avqust 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək. pizza mizza
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
Telegram kanalımız