Füzuliyə qayıdış başlayır - Sabah 90 nəfər köçəcək 

saytların hazırlanması

Evə çatdırılma

Füzuliyə qayıdış başlayır - Sabah 90 nəfər köçəcək 

Sosial

17 Avqust 2023 11:22 591


Füzuli şəhərinə qayıdış prosesi sabah başlayır. 

Yenisabah.az xəbər verir ki, 90 nəfərdən ibarət 23 ailə avqustun 18-də Füzuliyə köç edəcək. 

İlkin mərhələdə 144 ailə köçürüləcək.  Dominos pizza

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. 

Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!