Generala yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Generala yeni vəzifə verildi

Sosial

11 İyun 2026 11:39 14073


Azərbaycan Ordusunun general-mayoru Etibar Məhərrəmov yeni vəzifəyə təyin olunub.

“Yeni Sabah” Bakivaxtı.az-a istinadla bildirir ki, general-mayor Etibar Məhərrəmov Müdafiə Nazirliyinin baş idarələrindən birinə yüksək posta təyinat alıb.

Qeyd edək ki, Etibar Məhərrəmov uzun illər Azərbaycan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə xidmət edib. Toyuqlu pizza

O, Vətən müharibəsində göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla təltif olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, o, ötən ilin iyun ayında Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!