Gilman azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Gilman azadlığa buraxıldı

Kriminal

11 Avqust 2026 22:24 37


Rusiyada məhkum edilmiş ABŞ vətəndaşı Robert Gilman səhhəti ilə əlaqədar azadlığa buraxılıb və ABŞ-yə yola düşür.

"Yeni Sabah" xəbər verir ki, amerikalının vəkili İrina Brajnikova Gilmanın əfv olunmuş ola biləcəyini istisna etməyib.

Robert Gilman 2022-ci il yanvarın 19-da qatarda asayişi pozduqdan sonra Voronej şəhərinin dəmir yolu vağzalında saxlanılıb. Polis şöbəsində o, Daxili İşlər Nazirliyinin əməkdaşlarından birini ayağı ilə vurub. Məhkəmə əvvəlcə onu ümumi rejimli cəzaçəkmə müəssisəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sonradan cəza müddəti bir il azaldılıb. Pepperoni pizza

Cəzasını çəkdiyi müddətdə hüquq-mühafizə orqanlarının və penitensiar sistemin əməkdaşlarına qarşı zor tətbiq etməsi ilə əlaqədar Gilman barəsində yeni cinayət işləri başlanıb.

Mediada daha əvvəl yayılan məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio iyulun 23-də Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı keçmiş amerikalı dəniz piyadasının azad edilməsi məsələsini qaldırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!