Gömrük Komitəsi “Veysəloğlu” şirkətini cərimələdi   - Səbəb 

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsi “Veysəloğlu” şirkətini cərimələdi - Səbəb 

İqtisadiyyat

06 May 2020 14:18 743


“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə 1500 manat cərimələnib. 

“Yeni Sabah”ın məlumatına görə, Nizami Rayon Məhkəməsi iddiaçının iddiasını təmin etdikədn sonra “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Məhkəmə prosesi hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, 1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış və distribüter şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olub. İldən-ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş “Veysəloğlu” satış və distribüter şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib.  pizza mizza

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!