Gömrüklə bağlı çoxlarının bilmədiyi məqam: Pulu kim verir?

saytların hazırlanması

Evə çatdırılma

Gömrüklə bağlı çoxlarının bilmədiyi məqam: Pulu kim verir?

Sosial

26 Sentyabr 2026 11:43 268


Gömrük ekspertizasının aparılması ilə bağlı yaranan xərclərin kimin tərəfindən ödənilməsi ekspertizanın hansı tərəfin təşəbbüsü ilə keçirilməsindən asılıdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 232 nömrəli qərarına əsasən, gömrük orqanlarının təşəbbüsü ilə keçirilən gömrük ekspertizası zamanı yaranan xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. pizza

Gömrük ekspertizası bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə həyata keçirildikdə isə həmin şəxslər tərəfindən gömrük yığımı ödənilir.

Gömrük yığımının məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarı ilə müəyyən edilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!