Gorus-Qafan yolunda iki erməni itib

saytların hazırlanması

Evə çatdırılma

Gorus-Qafan yolunda iki erməni itib

Rəsmi

19 Sentyabr 2021 13:37 1418


Ermənistanın Kotayk vilayətinin iki sakini Gorus-Qafan yolunda itkin düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün facebook səhifəsində məlumat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məlumatı təsdiqləyib. Qurumdan həmin ermənilərin Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində yoxa çıxdığı bildirilib.

Ermənilərin dünən axşam saatlarında itdiyi iddia olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə itən ermənilərin tapılması üçün hərəkətə keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!