Müğənni Gülay yeni layihəsini təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, o, “Vur ürəyim” adlı mahnısını klipi ilə birlikdə dinləyicilərin ixtiyarına verib.
Mahnının musiqisi Camal Qurbanova, sözləri Həsən Babayevə məxsusdur. Bəstənin aranjimanını da Camal Qurbanov hazırlayıb. Dördpendirli pizza
Yeni layihə üçün Gülaya üç fərqli obraz hazırlanıb.
Ekran işinin rejissorları ZEYN və İlahə Məhərrəmdir. Operator işi Emil Marbiora, art-direktor işi Fərid Cabbarlıya məxsusdur. Gülayın obrazlarının staylinqini Elnara de Birbuet hazırlayıb.
Müğənninin obrazı üzərində makiyaj üzrə Günel Ağacanova, saç üzrə isə Günel Məmmədova çalışıb. Layihənin fotosessiyasını Eresmoon həyata keçirib.
“Vur ürəyim” layihəsinin prodüseri Tural Nəbiyevdir.
Telegram kanalımız