3 güləşçimiz medalsız qaldı - Dünya çempionatında - Yenilənib

3 güləşçimiz medalsız qaldı - Dünya çempionatında
Sent 15, 2019 14:25
Oxunma sayı: 86

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycanın hər 3 yunan-Roma güləşçisi çıxışlarını başa vurub.

"Yeni Sabah" xəbər verir ki, Rəsul Çunayev (67 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyevin (97 kq) uduzduqları rəqiblər finaladək yüksələ bilməyiblər.

Bu səbəbdən, azərbaycanlı pəhləvanlar təsəlliverici görüşə qatılma şanslarını da itiriblər.

Qeyd edək ki, Rəsul Çunayev 1/16 finalda cənubi koreyalı Hansu Ryuya, Orxan Nuriyev qazaxıstanlı Yerulan İskakova 1:2 1:2, İslam Abbasov isə 1/8 finalda iranlı Ramin Soltanmorad Taherisərtəngə 0:6 hesabı ilə yenilib.

***

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı 1/16 final mərhələsində qazaxıstanlı Yerulan İskakovla qarşılaşıb.

Görüş İskakovun qələbəsi ilə yekunlaşıb - 2:1. Beləliklə, Nuriyev ümidini bürünc medal üçün təsəlliverici görüşlərə saxlayıb. Bunun üçün İskakov finaladək irəliləməlidir.

İslam Abbasov isə 1/8 final görüşünü keçirib.

87 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı iranlı Ramin Soltanmorad Taherisərtəng ilə üz-üzə gəlib. Qarşılaşma Abbasovun məğlubiyyəti ilə yekunlaşıb - 0:6. Beləliklə, bu gün mübarizəyə qoşulan azərbaycanlı hər üç pəhləvan qızıl medal şansını itirib. Onlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün uduzduqları güləşçilərin finaladək yüksəlməsinə ümid etməli, daha sonra təsəlliveici görüşlədə bürünc medal uğrunda döyüşlərədək irəliləməlidirlər.

Xatırladaq ki,  buna qədər Rəsul Çunayev 67 kq çəki dərəcəsində rəqibi cənubi koreyalı Hansu Ryu bacara bilməyib. 

İlk yarıda 0:1 hesabı ilə geri düşən 27 yaşlı güləşçimiz ikinci hissədə də vəziyyəti dəyişə bilməyib. Nəticədə o, 1:2 hesabı ilə uduzaraq, ümidini təsəlliverici görüşlərə saxlayıb. Bunun üçün Ryu finaladək irəliləməlidir.

Yenisabah.az