Güləşçimiz erməni rəqibini məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz erməni rəqibini məğlub etdi

İdman

03 İyul 2021 16:06 1045


Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.

Yenisabah.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib.

Rəqibini 3:1 hesabı ilə üstələyən Məmmədli növbəti raunda vəsiqə əldə edib.

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq) və Murad Əhmədəliyev (82 kq) də mübarizəyə qoşulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!