“Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusuna layiqdir və Avropadan ədalətli qərar gözləyir”.
Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Macarıstanda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı bildirib.
O deyib: “Bu, hökumətimizin və xalqımızın birgə səylərinin layiqli qiyməti olacaq. Bir daha qeyd etmək istəyirəm ki, Gürcüstanın yeri Avropadadır, Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd statusuna layiqdir”. pizza sifarişi
Qaribaşvili qeyd edib ki, ölkə hakimiyyəti qanunun və demokratiyanın aliliyinin, iqtisadi tərəqqinin və sosial ədalətin təmin edilməsi üçün çox böyük səylər göstərib.
Xatırladaq ki, “Gürcü arzusu” Avropa İttifaqının ali siyasi qurumunun qərarının dərcindən dərhal sonra göstərişlərin icrası üzərində işə başlayıb. 2022-ci il ərzində 80-dən çox qanuna dəyişiklik edilib. Prosesə müxalifətin yalnız bir hissəsi qoşulub.
Telegram kanalımız