Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,5 dəfə çoxdur. pizza sifarişi
Beləliklə, Azərbaycan Gürcüstandan qoyun tədarük edən ölkələr arasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur.
Telegram kanalımız