Norveç millisi və "Mançester Siti"nin hücumçusu Erlinq Haaland DÇ-2026-nın dörddəbir final oyunu ilə bağlı gözləntilərini bölüşüb.
"Yeni Sabah" Sky Sports-a istinadla xəbər verir ki, o qeyd edib:
"Bu, mənim üçün çox xüsusi bir matçdır, çünki mən İngiltərədə oynayıram və İngiltərədə anadan olmuşam. Üstəlik, komanda yoldaşlarıma qarşı oynayacağam. Bu, bir az qeyri-adi bir vəziyyətdir, amma maraqlı bir oyun olacaq, əla olacaq". Toyuqlu pizza
Norveç və İngiltərə arasında oyun 12 iyulda ABŞ-ın Mayami şəhərində keçiriləcək.
Telegram kanalımız