Hacı Mazan haqda son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Hacı Mazan haqda son xəbər

Kriminal

12 İyul 2019 19:26 3997


Hacı Mazan (Ramazan Əliyev) yaxın günlərdə xəstəxanadan çıxacaq.

“Yeni Sabah” Lent.az-a istinadən xəbər verir ki, bunu R.Əliyevin həkimi Cəfər Nəsirli deyib. O bildirib ki, Ramazan Zeynalovun vəziyyəti normaldır: "Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında müalicəsi davam edir. Yenidən əməliyyat olunması hələ ki, planlaşdırılmayıb. Yaraları sağalıb. Yəqin ki, iki-üç günə evə buraxılacaq”.

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb. Sezar pizza

Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!