Məşhur aktrisa Hande Erçelin yeni görüntüsü sosial şəbəkələrdə gözlənilməz reaksiyalara səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, 32 yaşlı aktrisa sosial şəbəkə hesabında saçları sarı halda görüntülənib. 32,2 milyon izləyicisi olan Erçelin bu paylaşımı qısa zamanda geniş müzakirə olunub. Onu sarışın görən izləyiciləri “Həqiqətən saçını boyatmısan?” kimi suallar veriblər.
Bəzi istifadəçilər isə aktrisanın yeni görünüşünü bəyənmədiklərini bildiriblər. Lakin sonradan məlum olub ki, Hande Erçel saçlarını həqiqətən boyatmayıb. Aktrisa sarı-platin rəngli parikdən istifadə edib. Toyuqlu pizza
Əsmətxanım Rzazadə
Telegram kanalımız